Mourinyo “Çelsi”nin paltardəyişmə otağında hansı təhlükə ilə üzləşib?

13 İyun 2024 22:30

Avropanın bir sıra top klublarının keçmiş baş məşqçisi Joze Mourinyo bir dəfə "Çelsi"nin paltardəyişmə otağında az qala ayağını sındıracağından deyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, portuqaliyalıdan soyunub-geyinmə otağında ən çox sevdiyi anı adlandırmağı xahiş etdilər və o, bunları söyləyib:

"Soyunub-geyinmə otağında ən çox sevdiyim anlardan biri fasilədə "Stemford Bric"də az qala ayağımı sındıracağım vaxt olub. Masaj masasına təpik vurmaq istədim və çox sərt bir şeyə dəydim. Baldır qoruyucularım yox idi (gülür) və az qala ayağımı sındıracaqdım", - Mourinyo deyib.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə "Çelsi"ni çalışdırıb və komanda ilə 3 dəfə Premyer Liqa çempionu olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun