Gəncədə yanğın: tüstüdən zəhərlənən var - FOTOlar

13 İyun 2024 21:35

Gəncə şəhərində üç fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, yaşayış evlərindən birində başlayan yanğın sonradan digər iki evə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Ç.Hüseynova tüstüdən zəhərlənib və xəstəxanaya çatdırılıb.

Yanğının səbəbləri araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun