“Qonşular axşam saat doqquz-onda qapını döyürdülər”

13 İyun 2024 20:13

Argentinalı hücumçu Lionel Messi Fransanın PSJ klubunda çıxış etdiyi zaman qonşuları ilə problemlərlə üzləşdiyini deyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu haqda ESPN-ə danışıb.

"Parisdə qonşular axşam saat doqquz-onda qapını döyürdülər. Deyirdilər ki, mənim uşaqlarım futbol oynamasın. Qonşular bizi narahat edirdi. Bu, meydandakı çıxışlara təsir etdi", - deyə Messi bildirib.

Qeyd edək ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, ikiqat Fransa çempionu olub. Futbolçu karyerasını ABŞ-nin "İnter Mayami" klubunda davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun