Onun görüntülərini efirdə görən Ramal AĞLADI: “Hələ də onu axtarıram” – VİDEO

13 İyun 2024 19:57

Uzun müddətdir efirlərə çıxmayan müğənni Ramal İsrafilov doğum gününü "Qonaqcanlı" verilişində qeyd edib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, 39 yaşına qədəm qoyan sənətçi kövrək dolu anlar yaşayıb.

Belə ki, proqramda onun ötən il dünyasını dəyişmiş xanəndə atası Əliyaqub İsrafilovun (Xalq artist Mələkxanım Eyubovanın qardaşı) görüntüləri nümayiş olunub. Mərhum atasını efirdə görən Ramal qəhərlənərək göz yaşlarını saxlaya bilməyib. İsrafilov valideyni haqda danışmaqda çətinlik çəkib. Özünə gəldikdən sonra müğənni atasının dəfnindən danışıb:

"Başım qarışıq olub. Ümumiyyətlə, bu mövzu haqda çox danışmaq istəmirəm. O anda gözümə heç nə görünmürdü. Ailəmiz, qardaşlarım, Şamaxı və Şirvan camaatı yanımda idi. Sənət dostlarım da var idi. Gələnlər də, gələməyənlər də sağ olsunlar. Bu elə bir mövzudur ki, bütün canlılar üçün hazırlanmış bir yoldur. İstəmirəm ki, bu acı gündə üzümüzü görən olsun. İnsanları qınamaq istəmirəm. Amma gözlədiyimiz insanlar gəlməmişdi. Sənətimizin "şahı" Alim Qasımov sağ olsun, bizim yanımızda idi. Mən hələ də atamı axtarıram. Pis çıxmasın, amma gəlməyənlər mənə maraqlı deyillər. Atam mənim üçün ölməyib. Onun sənəti o qədər böyük idi ki, atamız idi..."

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun