Zaxarovadan Paşinyana: Bu, ucuz hərəkətdir!

13 İyun 2024 19:15

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı açıqlamalarına münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın açıqlamalarını ucuz adlandırıb.

"Bir müddət əvvəl həmin erməni siyasətçiləri KTMT-nin Ermənistanı tərk etdiyini bildirmişdilər. Aydınlaşdırmaq istərdim ki, KTMT artıq Ermənistana qayıdıb ki, oradan çıxa bilirsiz? İstədiyiniz qədər şifahi ekvilibristika ilə məşğul ola bilərsiniz, lakin bu, layiqsiz və ucuzdur, strateji maraqlar var və onlar haqqında düşünmək lazımdır. Cənubi Qafqaz çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməlidir, bunun üçün hər şey var, amma bunun üçün işləmək lazımdır", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Rusiyanın Ermənistanla həmişə dost olacağını söyləyib.

"Heç kim bizim münasibətlərimizi korlaya bilməyəcək, heç bir persona buna təsir etməyəcək. Hər kəs KTMT-yə könüllü gəlir. Niyə Ermənistanda bu mövzu ilə bağlı bu qədər spekulyasiyalar var? Cənubi Qafqaz inkişaf mərkəzinə çevrilməlidir. Biz öz xalqımızın, gələcək nəsillərin gələcəyi naminə problemləri aradan qaldırmalıyıq. Niyə xalqınızı sonsuza qədər aldadırsınız? Bütün bunlar ona görədir ki, onlar insanlara nə üçün müəyyən strateji səhvlərə yol verildiyini həqiqəti deyə bilmirlər, lakin bunda şübhəsiz ki, KTMT günahkar deyil!" - deyə Zaxarova brifinqdə bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun