Bakıda "Ətçilər" kimi tanınan ərazidə söküntü işləri başladı - FOTO

13 İyun 2024 17:38

Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları sökülür.

Milli.Az Baku TV-yə istinadən bildirir ki, söküntü üçün əraziyə nümayəndələr gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.

Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

Ərazi uzun illər idi ki, "Ətçilər" kimi tanınırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun