Moskvada metrostansiya su altında qaldı - VİDEO

13 İyun 2024 16:40

Moskvada "Baqrationovskaya" və "Kuntsevskaya" metro stansiyaları arasında yerləşən Filevskaya metro xəttində hərəkət müvəqqəti olaraq dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti məlumat yayıb.

Qeyd olunub ki, daşqınlar səbəbindən Filevskaya metro xəttində hərəkət müvəqqəti olaraq dayandırılıb.

Son məlumata görə, "Baqrationovskaya" və "Kuntsevskaya" metro stansiyaları arasında hərəkət artıq bərpa edilib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun