Nohur göldə daşma riski yaranıb - FOTO

13 İyun 2024 16:09

Güclü yağıntılar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən Nohur gölünün daşma riski yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, Nohur gölünün daşma nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun