Rəşid Mahmudov qohum nigahlarından DANIŞDI: “Sən sevirsənsə... ”

13 İyun 2024 13:45

"Qohum nikahlarının ləğv edilməsi tibbi nöqteyi nəzərindən çox doğru qərardır. Genetika deyilən bir elm var. Qohumlar bir-biri ilə evlənəndə genlərində, xromosomlarında nəsə bir problem varsa bir neçə nəsil sonra özünü göstərir. Dəlilik varsa dəlilik, bir başqa xəstəlik varsa o üzə çıxır. Bir həkim kimi bu qərardan çox razı qalaram. Bir çox dünya ölkələrində də qohum evlilikləri ləğv edilib. Bəziləri deyir ki, xalaqızı xalaoğlu ilə evlənə bilər. Bunu deməklə deyil. Ola bilər ki, bir neçə nəsil sonra o çatışmazlıq özünü göstərsin və yeni doğulan uşaqlar xəstə olsun"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib.

"İnsanları saflaşdırmaq, sağlamlaşdırmaq lazımdır. Cəmiyyətimiz onsuz da yaralı, zədəlidir. Küçədə gəzən insanların 50-60 faizi normal insanlar deyillər. Bu həqiqətdir. Bu qanundur, sən sevirsənsə get al da. Xarici ölkələrdə zaks büroları var. Orada həkimlər oturur. Əgər qadında rezis müsbətdirsə, kişidə mənfidirsə onların evlənməsinə icazə vermirlər. Çünki bunun sonu xəstəlikdir. Kim nəslində xəstə uşağın doğulmasını istəyər? Ona görə də xarici ölkələrdə icazə vermirdilər. Sovet dövründə məhəbbətə zaval yox idi, kiminlə evlənirsən get evlən. Bütün problem həkimin üstünə düşürdü. Həkim xəstə doğulan uşaqları müalicə etməli idi. Necə etsin?! Evlənən gedib qeyri-qanuni evlənsin, ona yəqin ki, nikah kəsilməyəcək, nikahsız yaşayacaqlar. Nə desəniz bizim millətdən çıxar. Bəzən uşaqlıqdan ad edirlər, göbək kəsdi edirlər. Yazıq uşaqları bədbəxt edirlər" deyə Rəşid Mahmudov bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun