Ər müəllimə işləyən arvadını döyüb xəstəxanalıq etdi

13 İyun 2024 11:28

Ucarda ər arvadını döyüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Ucar rayon sakini, 1970-ci il təvəllüdlü Şəhla Nadir qızı Mikayılova ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada zərərçəkənə zəruri tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olması səbəbindən müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərinə aparılıb.

Qeyd edək ki, dörd uşaq anası Şəhla Mikayılova 30 ildən artıqdır ki, Ucar musiqi məktəbində müəllimə kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun