Ermənistanda dünən parlament binasının qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım üçün müraciət edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər müşahidə altında saxlanılıb. Yüngül və orta dərəcəli travma alan 16 nəfər lazımi tibbi yardım alır.
Qeyd olunub ki, əli zədələnən bir nəfər əməliyyat olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun