AVRO-2024: VAR-la bağlı yekun qərar verildi

13 İyun 2024 10:41

AVRO-2024-ün oyunları zamanı qəbul olunan hakim qərarlarının səbəbləri dərhal stadionda açıqlanacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, azarkeşlər stadionlarda yer alan böyük monitorlar vasitəsilə VAR qərarlarının səbəbini görə biləcəklər.

Bundan başqa, qarşılaşmaların baş hakimləri vacib epizodlarla bağlı yığmanın kapitanlarına açıqlama verəcəklər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun