NATO Rusiya ilə savaşa sürüklənir - Zaxarova

13 İyun 2024 09:35

ABŞ Prezidenti Co Bayden administrasiyası hakimiyyətinin çökməməsi üçün Avropa qitəsində daha ​​çox qan tökməyə ehtiyac duyur.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova NATO Baş katibi Yens Stoltenberqin Kiyevə silah tədarükünün alyansa üzv ölkələr üçün məcburi olacağı barədə bəyanatını şərh edərkən qeyd edib.

"AB ölkələri başa düşürlərmi ki, Vaşinqton onları NATO bayrağı altında birbaşa Rusiya ilə toqquşmaya sürükləyir? Qərb ictimaiyyətinin Rusiyanın ehtimal edilən "Qərb ölkələrinə qarşı qaçılmaz təcavüzü" tezisini isterik şəkildə təbliğ etməsi yalnız bir şey deməkdir. Bayden administrasiyası həm öz hökumətinin, həm də Amerika iqtisadiyyatının çökməməsi üçün Avropa qitəsində daha çox qan tökməyə ehtiyac duyur", - Zaxarova bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun