Suraxanıda 2 yaşlı körpə yol qəzasında ağır yaralandı

13 İyun 2024 09:17

Bakının Suraxanı rayonunda 2 yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2022-ci il təvəllüdlü N.Qarayev ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun