Ramil Şeydayev barədə məşqçisi qərarını verdi

13 İyun 2024 09:13

Azərbaycanlı futbolçu Ramil Şeydayev "Kocaelispor"da qalacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən qərarı komandanın baş məşqçisi Ertuğrul Sağlam verib.

Belə ki, Ertuğrul Sağlam Şeydayevin heyətdə saxlanılması ilə bağlı rəy təqdim edib. Həmçinin, baş məşqçi xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə "Kocaelispor"da çıxış etməsinin tərəfdarı olub.

Qeyd edək ki, Ramil bu ilin yanvarında "Kocaelispor"a keçib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun