Bakıda 30 yaşlı qadın yol qəzasında xəsarət alıb

13 İyun 2024 07:43

Bakıda 30 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Nəzərova Rafiyyə Nəriman qızı xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun