Ərdoğan İspaniya Kralı ilə görüşdü

13 İyun 2024 07:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madridə səfəri çərçivəsində İspaniya Kralı VI Filip ilə görüşüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən regional və qlobal məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə-İspaniya əlaqələrinin daha da inkişaf edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib. O, qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə, o cümlədən ticarət dövriyyəsinin həcminin artırılması sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun