Konqo Demokratik Respublikasının qərbindəki Kvay çayında gəmi qəzasında azı 80 nəfər itkin düşüb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Actualite" portalı yerli hökumətə istinadən məlumat yayıb.
Ölkə Prezidenti Feliks Çisekedi hökumətə baş verənləri araşdırmağı, səbəbini müəyyənləşdirməyi və gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb.
"Reuters" isə xəbər verib ki, 80 nəfərin hamısı həlak olub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, göyərtəsində 272 sərnişini olan iki gəmi günortadan sonra Muşi şəhər limanından çıxıb. Altı saat sonra onlardan birinin mühərriki dayanıb, gəmi qaranlıqda qayalara çırpılıb və batıb. İki gəmidən 185 nəfər sahilə çatıb. Qalan sərnişinlər axtarılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun