Azərbaycanda avtomobillər toqquşub, xəsarət alanlar var

13 İyun 2024 08:15

Goranboy rayonunun Səfikürd kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü A.Mehdiyeva və 1967-ci il təvəllüdlü B.Baxışəliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun