Əlibala Əsgərov vəfat etdi

12 İyun 2024 21:56

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.

Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, "Durnalar qayıdanda" filmində Sovet zabiti, "Qəzan mübarək, Paşam" filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun