"Yuventus" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb

12 İyun 2024 21:53

İtaliyanın "Yuventus" komandası yeni baş məşqçisinin adını açıqlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "qoca sinyora" Tyaqo Motta ilə 3 illik müqavilə imzalayıb

Braziliyalı çalışdırıcı yeni klubunda illik 3,5 milyon avro qazanacaq.

"Barselona" və PSJ-nin sabiq futbolçusu bu postda Massimiliano Alleqrini əvəzləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun