Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə düzəliş etdi - YENİLƏNİB

12 İyun 2024 18:51

18:51

"Baş nazir Nikol Paşinyan ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını yox, istədiyimiz vaxt bununla bağlı qərar verə biləcəyimizi deyib".

Milli.Az APA-ya istinadən bildirir ki, bu fikirləri parlamentdəki çıxışında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Kimsə Nikol Paşinyanın məhz bu kontekstdə çıxış etdiyini düşünürsə, yanılır. Bunu çox rahatlıqla isbatlamaq mümkündür. Baş nazir sadəcə onu deyib ki, ölkəmiz təşkilatın üzvlüyündən çıxmalı olsa, bir daha geri qayıtmayacaq", - Mirzoyan fikirlərini belə yekunlaşdırıb.

--------
17:25


Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxacağına eyham vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə parlamentdə bildirib.

Belə ki, Paşinyan qeyd edib ki, hakimiyyət bunu zəruri hesab edəndə Ermənistan KTMT-dən çıxacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun