"Azərbaycanla sülh müqaviləsini bir aydan sonra imzalamağa hazırıq".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu sözügedən ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müqavilənin hazırkı mətni yetərincə hazırdır. Paşinyan əlavə edib ki, son tarixlərə düzəlişlər də edilə bilər.
Xatırladaq ki, Ermənistan XİN də ötən həftə oxşar açıqlama yayıb və Ermənistanın Azərbaycanla sülh müqaviləsini gələn ay ərzində imzalamağa hazır olduğu bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun