Fernandu Santuşun Bakıya gələcəyi tarix bəlli oldu

12 İyun 2024 15:23

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun Bakıya gələcəyi tarix bəlli olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis bu gün gecə saatlarında ölkəmizdə olacaq.

Sabah tanınmış çalışdırıcının təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

F.Santuşla müqavilənin detalları da məhz həmin tədbirdə açıqlanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun