Əfsanəvi teleaparıcı xəstəxanaya yerləşdirildi

12 İyun 2024 15:11

Amerikalı teleaparıcı Opra Uinfri mədə qripi (qastroenterit) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Uinfrinin rəfiqəsi, teleaparıcı Geyl Kinq yerli telekanala verdiyi müsahibəsində məlumat verib.

Onun dediyinə görə, Uinfriyə kəskin susuzlaşma diaqnozu qoyulub.

Kinq həmkarının tezliklə sağalacağına ümid etdiyini bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun