"Sahil" metro stansiyasından istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

12 İyun 2024 14:07

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəticələrə əsasən böyük piyada axını müşahidə edilən "Sahil" metro stansiyasının qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb.

Artıq bu istiqamətdə işlərə başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun