Lunyovun yeni komandası bəlli oldu

12 İyun 2024 13:52

"Qarabağ" klubu ilə yolları ayıran Andrey Lunyov "Dinamo"( Moskva) ilə razılaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, təcrübəli qolkiper "Dinamo"( Moskva) klubuna azad agent kimi qatılıb.

Lunyov yaxın günlərdə tibbi müayinədən keçməlidir. O, klubla 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Lunyov "Qarabağ"da oynadığı 2023/24 mövsümündə ölkə çempionu və kubokunun qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun