Lənkəranda rabitəçi faciəvi şəkildə öldü - YENİLƏNİB - FOTO

12 İyun 2024 19:12

19:12

Lənkəranda rabitəçinin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, yaxınları bildirib ki, əlini qaldırıb xəttə dəyməsi ilə, cərəyanın onu vurması bir olub. Bu zaman Cəmil Həsənov xəndəkdəki suyun içinə düşüb. O, evin tək oğlu imiş.

Daha ətraflı süjetdə:

--------
13:29


Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsində baş verib.

Belə ki, "Aztelekom"un əməkdaşı, rayonun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xətlərinə toxunub.

Nəticədə yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun