Naxçıvanda yeni sənaye zonası yaradılır

12 İyun 2024 12:48

Ağdam və Cəbrayılda iki sənaye parkı fəaliyyətə başlayıb. Qarabağda, ümumiyyətlə, sənaye zonalarında mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Naxçıvanda yeni sənaye zonası yaradılmaq üzrədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müşaviri Xəqani Abdullayev deyib.

Onun sözlərin görə, coğrafi meyarlar və digər amillər nəzərə alınaraq sənaye zonaları yaradılır.

"Naxçıvanda yeni sənaye zonası yaradılmaq üzrədir. Hacıqabulda isə sənaye məhəlləsi statusunu sənaye parkına çevirmək prosesi gedir. Gəncədə də yeni sənaye zonasının yaradılmasına başlanılıb. Maksimum çalışırıq ki, həmin iqtisadi səmərəlilik meyarları əsasında bu və ya digər zonada bu sənaye parkı və məhəllələrinin sayını artıra bilək", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun