“Deyirlər ki, sən 170 kq-san və məcbursan ərinin xəyanəti ilə barışmağa” - VİDEO

12 İyun 2024 18:35

"Mənim söylədiyim "Ərimin bir-iki günlük münasibətinə görə ailəmi dağıtmaram" sözündən sonra məni daşqalaq etdilər. Nələr yazmadılar mənə... İndi də danışacağam, bu hal təkrarlanacaq. Deyirlər ki, "Bilirsən, niyə elə deyirsən, çünki sən 160, 170 kiloqramsan və məcbursan ərinin xəyanəti ilə barışmağa. Mən onlara izah edə bilmirəm ki, ən gözəl xanımın da əri ona xəyanət edə bilər. Misal üçün, kişilərin həsrətində olan İtaliyalı aktrisa Monika Belluççi. Bu insan təkdir". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aktrisa Xuraman Əlizadə qonaq olduğu "Həftənin qonağı" verilişində deyib. 

Sənətçi bildirib ki, əgər həyat yoldaşı daimi bir xanımla eşq yaşadığını öyrənərsə ondan ayrılar: 

"Mənim sözümün canı odur ki, xəyanətə görə ailəmi dağıtmaram. Amma mən bilərəm ki, artıq o başqa bir xanımla eşq yaşayır, artıq o ailəsinə - "sadəcə ailəmdir də, uşağımı gəlim görüm" kimi yanaşır və bütün eşqini hər bir hissini başqa qadına ötürür, yəni daimi olaraq başqa qadınla eşq yaşayır - əlbəttə mən bunu qəbul etmərəm. Mən nə qədər sakitəmsə bir o qədər səsli-küylüyəm. Mənim orta həddim yoxdur. Onu çağırıb deyərəm ki, əgər o qadını sevirsənsə çıx get... Amma o xəyanətlər deyirəm, elə-belə onları bağışlayaram. Axı nəyə görə də o tip xəyanətləri bağışlamayım? Hansı səbəbə görə? Əvvəllər çox qısqanc idim. İndi isə yox. Həyatımla barışmağa çalışıram. Əgər həyat yoldaşım başqa bir xanımla eşq yaşayırsa və onun həyatında o daimidirsə, mən kənara çəkilərəm. Mən kişiyə necə deyə bilərəm ki, getmə qal. O getdisə gedəcək. Onu saxlamaq olmayacaq". 

Xuraman bacardığı qədər əri ilə xoş ünsiyyət qurmağa çalışdığını vurğulayıb: 

"Reallıq necədirsə, mən də onu elə də qəbul edirəm. Xəyal qurmağı sevmirəm. Niyə xəyallar qurum ki, sonra da onlar puç olsun. Ailə qurduğumda çəkim 130, indi isə üzərinə bir 30 kilo da artıb (gülür). Xanımla haqqımda elə şeylər yazırlar ki,... Kişi nəyi sevir? Əgər sənin problemin varsa, onları ona görə yansıltmayasan. Üzünə gülüb hər zaman xoş söz deməlisən. Ona gözəl yeməklər bişirməlisən. Artıq suallar verməməlisən. Axı ər işdən gəlib və onu gərək yormayasan. Amma Xuraman da işdən gəlib... Burada Kərəmi ağlamaq tutur. Mən bacardığım qədər ərimin yanında dilimi şirin edirəm, onun dediklərini yerinə yetirirəm. Onun məndən istəyi nədir ki... Misal üçün, Xuraman gələndə bu yeməyi mənim üçün hazırla. Bunu yemək istəyirəm. Başqa mənə heç nə demir. Demir ki, get daş daşı və ya işləmisən, maaşını gətir ver mənə. Yox, əsla yox. Get işlə, maaşını gətir ver mənə xəyanətdən daha üstündür. Kişi desə ki, işləmisən maaşını gətir ver mənə, o zaman ondan əlbəttə ki, ayrılaram. Xəyanəti bağışlayaram, amma o hərəkəti yox".

Qeyd edək ki, X.Əlizadə ailəlidir. Onun bir oğul övladı var. Bu aktrisanın ikinci evliliyidir.   

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun