Gəncədə 12 ədəd avtomat və tapança satan şəxs saxlanıldı - FOTO

12 İyun 2024 09:38

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb.

Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun