Putin elan etdi: Gələn ay Ərdoğanla Astanada…

11 İyun 2024 23:31

Rusiya Prezidenti Vladimir Putin iyulda Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Putin Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşündə deyib.

"Sizdən xahiş edirəm ki, Prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız. Ümid edirəm ki, yaxın gələcəkdə, iyulda, bildiyimə görə, iyulun 3-də və ya 4-də o, beynəlxalq tədbir çərçivəsində Astanada olmalıdır və bizim görüşmək imkanımız olacaq", - deyə Putin bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun