Erməni generalı NATO-nun iclasında iştirak etdi

11 İyun 2024 22:55

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan çərşənbə axşamı videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib", - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərin müzakirə edilməsidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun