Zelenskidən Rusiyaya mesaj: Vaxt bitdi!

11 İyun 2024 22:46

Rusiya ilə kompromislər üçün vaxt başa çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Dövlət başçısı Rusiyanın başlatdığı müharibənin Ukraynanın və bütün Avropanın maraqları naminə başa çatacağına əminliyini ifadə edib.

"Biz bunu öz şərtlərimizlə, bu yer üzündəki hər bir sadə insan üçün başa düşülən şərtlərlə tamamlayacağıq", - deyə Zelenski qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun