ABŞ-də məhkəmə Baydenin oğlunu təqsirli bildi

11 İyun 2024 20:44

ABŞ-də andlılar məhkəməsi hazırki Prezident Co Baydenin oğlu Hanter Baydeni qanunsuz silah əldə etmə, saxlama, eləcə də narkotik vasitələrdən qeyri-qanuni istifadə maddələri üzrə təqsirli bilib.

Milli.Az APA-ya istinadən bildirir ki, 2018-ci ildən başlayan istintaq və məhkəmə prosesi bu gün yekunlaşıb.

ABŞ qanunvericiliyinə əsasən, narkotik vasitələrin istifadəçilərinə odlu silah saxlamaq qadağan edildiyindən Hanter Bayden məsuliyyətə cəlb edilib. Günahı sübuta yetirilərsə, onu 25 ilədək həbs cəzası və 750 min dollar məbləğində cərimə gözləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun