"Prius" sürücüsü dostlarını maşının kapotuna oturdub maşın sürdü

11 İyun 2024 19:58

Bakıda sürücü avtomobili təhlükəli halda idarə edərək sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az avtosfer.az.az-a istinadən xəbər verir ki,  hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 01-CO-315 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişinləri maşının ön hissəsində otuzduraraq idarə edib. "Şou" göstərən sürücü və ondan geri qalmayan sərnişinlər yolboyu təhlükəli hərəkətlər edərək qəza riski yaradıblar. Hətta sərnişinlərdən biri avtomobil hərəkətdə olan zaman kapotun üzərindən yıxılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun