Mişel və Leyen savaşı kəskinləşir

11 İyun 2024 19:45

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin AB liderlərinin birlik rəhbərliyində əsas vəzifələrin bölüşdürülməsini müzakirə edəcəkləri iclasda iştirakına mane olmaq istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" avropalı diplomatlara, rəsmilərə və AB ölkələrinin hökumət nümayəndələri arasında olan yeddi mənbəyə istinadən məlumat yayıb.

"Birlik liderləri və onların köməkçiləri ilə danışıqlarda Mişel iyunun 17-də dövlət və hökumət başçılarının AB-də ən yüksək vəzifələri müzakirə edəcəyi iclasa Leyenin çağrılmamasını təklif edib", - məlumatda bildirilib.

Qeyd olunur ki, AB-nin bəzi dövlətləri Mişelin təklifinə qarşı çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun