Ukraynada Boks Federasiyasının prezidenti güllələndi

11 İyun 2024 17:14

Ukraynanın Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti Maksim Denşik güllələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Hündürmərtəbəli binanın girişində naməlum şəxs odlu silahdan M.Denşikə 4 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun