Fransa Ermənistanla hərbi sahədə əməkdaşlığı genişləndirir

11 İyun 2024 17:13

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanla Fransa Ordusu Quru Qoşunlarının komandanı Pyer Şill arasında görüş olub.

Milli.Az APA-ya istinadən bildirir ki, xüsusilə təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun