Gülyanaq Məmmədovadan əri ilə bağlı etiraf

11 İyun 2024 20:19

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında bu haqda danışıb. Verilişə oğlu Uğurla birlikdə qatılan Məmmədova onun futbolçu olmasını istəmədiyini deyib:

"Atası futbolçu olub. Ziya "Neftçi" komandasında oynayıb. Sonra ayağından zədələnib və uzaq qalıb. İndi oğlumun futbolçu olmasını istəmirəm. Oxusun, peşə sahibi olsun. Futbol bir yerə qədər. Atası necə zədə aldı və uzaq qaldı. Ona görə futbolu yerində oynasın, amma başqa peşəsi də olsun".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun