Milyonçuların ümumi sərvəti inanılmaz həddə çatdı

12 İyun 2024 05:05

Ötən ilin sonunda dünyadakı bütün dollar milyonçularının birlikdə kapitalı 4,7% artaraq 86,79 trilyon dollar təşkil edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müvafiq məlumatlar "Capgemini"nin hesabatında verilir.

Milyonerlər aşağı inflyasiya təzyiqləri və qlobal bazarlarda canlanma sayəsində sərvətlərini artıra biliblər.

Onların sayı isə keçən il 5,1% artaraq 22,828 milyon nəfərə çatıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun