Bakıda xəstəxanaya yerləşdirilən şagird vəfat etdi - FOTO

11 İyun 2024 12:02

Şabran şəhər 1 nömrəli ümumi orta məktəbin 2-ci sinif şagirdi vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 8 yaşlı Həsənov Teyyub Nurlan oğlu dünən Mərkəzi Klinikada dünyasını dəyişib.

Məktəbdən bildirilib ki, T. Həsənov xəstəliyi ilə əlaqədar Bakıda xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun