İranda zəlzələ oldu

11 İyun 2024 09:09

İranda zəlzələ olub

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu gün Kerman əyalətinin Zərənd şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. 

Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ səhər saat 03:40-da və 6 kilometr dərinlikdə qeydə alınıb. 

Zərənd şəhərinin başçısı Seyid Rza Hüseyninejad zəlzələ nəticəsində dağıntıların olmadığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun