Amerika kollecinin 4 müəllimi bıçaqlandı

11 İyun 2024 08:58

ABŞ-ın Kornel Kollecinin dörd müəllimi Çinin Tsilin əyalətindəki parkda bıçaqlanıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, müəllimlər Kornell Kolleci ilə Beyhua Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Çinə gediblər.

Onlar parkda gəzinti zamanı bıçaqlı şəxsin hücumuna məruz qalıblar. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Nəşr qeyd edib ki, Dövlət Departamenti insidentdən xəbərdardır və vəziyyəti izləyir.

Milli.Az