Rusiyanın “Su-34” təyyarəsi Şimali Osetiyada qəzaya düşdü

11 İyun 2024 08:50

Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Su-34" təyyarəsi planlı təlim uçuşu zamanı Şimali Osetiyada dağlıq ərazidə qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində ekipajın həlak olduğu qeyd edilir.

İlkin məlumata görə, hadisəyə səbəb texniki nasazlıq olub.

Milli.Az