Bakıda idmançı buna görə dənizdə batıb - Həyat yoldaşı... - YENİLƏNİB

11 İyun 2024 09:59

09:59

Bakıda dənizdə batan idmançı Mikayıl Mirzəyevn ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, sualtı idman növü ilə məşğul olan M. Mirzəyev həmin gün Bakının Pirallahı rayonunun Dübəndi kəndi ərazisindəki neft terminalının yaxınlığında nəzarətsiz əraziyə balıq tutmaq məqsədi ilə gedibmiş . O, hadisə yerində tək olmayıb. İdmançının həyat yoldaşı Zemfira İbrahimnova da onunla birlikdə olub. M. Mirzəyev sualtı balıq ovladığı zaman qəfil maneəyə ilişərək dənizin dibinə gedib və boğulub. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının axtarışları nəticəsində meyit yaxınlıqdakı qayalıqda aşkar edilib.

----------
07:55


Xəbər verdiyimiz kimi, ötən gün Pirallahı çimərliyində 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlu batıb.

Milli.Az xəbər verir ki, Baku TV mərhum barədə bəzi məlumatları əldə edib.

Məlum olub ki, batan şəxs sualtı idman növü ilə məşğul imiş.

Onun ən yaxın xilasetmə məntəqəsindən beş kilometr məsafədə, nəzarət olunmayan ərazidə batdığı bildirilir.

Milli.Az