Rüstəm Umerovdan yeni təyinat...

11 İyun 2024 00:38

Ukrayna müdafiə naziri Rüstəm Umerov Pilotsuz Sistem Qüvvələrinə yeni komandan təyin edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.

Müvafiq əmrlə sözügedən vəzifəyə polkovnik Vadim Suxarevski təyin edilib.

Qeyd edək ki, Ukraynada Pilotsuz Sistem Qüvvələri 2024-cü ilin fevralında yaradılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun