Rusiya İrəvandan çağırdığı səfirini geri qaytardı

10 İyun 2024 21:41

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq İrəvana qayıdıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır", - Mixail Qaluzin bildirib.

Qeyd edək ki, Kopırkin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun