Finlandiya Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb

10 İyun 2024 22:32

Rusiya hərbi təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində, Loviysa yaxınlığında Finlandiyanın hava məkanını pozub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Pozuntu bu gün, bazar ertəsi səhər saatlarında baş verib. Təyyarə təxminən iki dəqiqə Finlandiya hava məkanında olub və sərhəddən 2,5 km dərinliyə uçub", - nazirlikdən bildirilib.

"Biz sərhədlərimizin pozulmasını ciddi yanaşırıq, məsələ ilə bağlı araşdırmaya başlanılıb", - Finlandiyanın müdafiə naziri Antti Hakkyanen deyib.

Qeyd edək ki, Rusiya təyyarələri tərəfindən Finlandiya hava məkanının pozulmasına dair sonuncu təsdiqlənmiş hal 2022-ci ilin avqustunda baş verib. O vaxt iki Rusiya qırıcısı Finlandiya körfəzində hava sərhədini pozmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun