Ceyhun Bayramov və Hakan Fidan regional məsələləri müzakirə edib

10 İyun 2024 17:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun